Tez-tez verilən suallar

Sənin səyahət bələdçin!

Tez-tez verilən suallar

Səyahətlə bağlı yaranan suallara bu hissədə 99.9% cavab tapmaq mümkündür

Başqa ölkəyə daxil olmaq üçün, sadəcə pasport kifayət deyil. Əksər ölkələr təhlükəsizlik tədbiri kimi ərazisinə kimin daxil olduğunu bilmək və qeyri-qanuni immiqrasiyanı dayandırmaq üçün xarici vətəndaşlardan viza tələb edir.

Viza, müəyyən bir müddət ərzində onu tələb edən ölkəyə və ya əraziyə daxil olmağa imkan verən icazə sənədidir. “Viza” termini “kağızlar görüldü” mənasını verən latın “charta visa” ifadəsindən götürülüb. Əvvəllər vizalar beynəlxalq səyahətlər zamanı pasportla birlikdə gedən ayrıca sənədlər idi, lakin indiki vaxtda əksər vizalar pasporta yapışdırılmış möhür və ya stikerlərdir. Bəzi hallarda isə vizalar əvvəllər olduğu kimi ayrıca sənədlər kimi verilir və pasporta əlavə olunmur. Məsələn, elektron vizalar. Viza, sahibi haqqında şəxsi məlumatları, o cümlədən onun adını və pasport nömrəsini ehtiva edir. Bura həmçinin vizanın nömrəsi, bitmə tarixi, icazə verilən qalma müddəti, girişlərin sayı kimi xüsusi şərtlər də daxildir.

Viza, hər hansısa bir ölkənin sərhədini keçmək üçün həmin ölkənin sərhəd qurumları tərəfindən tələb olunan sənəddir.

Sənədlərin qaydalara uyğun olaraq yığılması, səfirlikdə görüş gününün götürülməsi, anketin düzgün qaydada yazılması, biletlərin və hotellərin rezervasiyası və konsultasiya.

Vizalar 3 cür olur

  1. C viza – Qısamüddətli 90 günə qədər – əsasən turizm, təhsil (3 aylıq kurslar), biznes, ailə və ya dost ziyarəti, mədəni, elmi və ya idman tədbirləri, tibbi.
  2. D viza (Milli viza) – Uzunmüddətli 90 gündən artıq – 3 aydan artıq təhsil, işləmək, ailə birləşməsi.
  3. A viza (Tranzit viza) – Bəzi tranzit uçuşlar zamanı istifadə olunur.

Şengen sazişi 29 ölkənin sərhəd nəzarətini rəsmi olaraq ləğv etdiyi müqavilədir. Şengen vizası C kateqoriyasına (qısamüddətli viza) aid olub tək girişli, cüt girişli və çox girişli olaraq verilir. Bu viza ilə Şengen ərazisində 180 gün ərzində 90 günə qədər qala bilərsiniz.

Bəli. Rəsmi iş yeri yoxdursa, amma hər hansısa bir şəkildə rəsmi gəlir varsa, viza əldə etmək mümkündür.

A kateqoriya viza olaraq bilinən hava limanı tranzit vizası sizə beynəlxalq tranzit zonasından keçməyə icazə verir. Şengen ölkəsinin ərazisində yerləşən hava limanında Şengen üzvü olmayan bir ölkəyə növbəti uçuşu gözləyərkən istifadə olunur.

1-dən çox Şengen ölkəsinə səfər edən zaman ən uzun müddət qalacağınız ölkənin konsulluğuna müraciət edin.

1-dən çox Şengen ölkəsinə səfər edən zaman bu ölkələrin hər birində bərabər uzunluqda qalacaqsınızsa, o zaman ilk giriş edəcəyiniz ölkənin konsulluğuna müraciət edin.

Bəzən sərhəddə sizdən başqa sənədlər təqdim etməyinizi tələb edə bilərlər. Məsələn, Şengen zonada qalacağınız məkanın ödənişini edib-etmədiyinizi yoxlaya bilərlər. Qalacağınız müddətə görə kifayət qədər vəsaitiniz olduğuna dair məlumat və ya viza üçün müraciət edərkən təqdim etdiyiniz sənədlərin surətlərini tələb edə bilərlər.

Bəli, məsələn 1 illik verilməsi üçün əvvəlcə ən azı 3 dəfə tək girişli Şengen vizanız olmalıdır. Bu zaman 4-cü vizanız da tək girişli verilərsə, etiraz edərək, çox girişli viza tələb edə bilərsiniz.

Bunun üçün biznes məqsədli dəvət olmalıdır. Sübut olunmalıdır ki, siz biznes məqsədi ilə mütəmadi olaraq gedib-gələcəksiniz.

Şengen viza rəddi aldıqda bu qərardan 14 gün ərzində apellyasiya şikayəti verə bilərsiniz. Bu zaman viza prosesinə yenidən baxılır, əgər haqqlı şikayətdirsə, viza verilmə ehtimalı var.

Səyahət xərclərinizi qarşılayan şəxs sponsor adlanır. Əgər səyahət xərclərinizi başqası qarşılayacaqsa, bu zaman viza müraciəti üçün topladığınız sənədlərin arasına sponsora məxsus bəzi sənədləri də əlavə etməlisiniz.

Viza sərhəddə yazılan ölkələr sərhəddə pasporta möhür vurur. Bu tip vizalar ölkənin viza şərtlərinə əsasən rüsumlu və ya rüsumsuz olaraq əldə edilir.

E-viza elektron viza deməkdir, onlayn formada ölkənin viza şərtlərinə əsasən rüsumlu və ya rüsumsuz olaraq əldə edilir.

Xeyr, viza rüsumu viza müraciətinin yoxlanılması üçün verilir.

Xeyr. Viza müddətinin uzadılması üçün ölkəni vaxtında tərk edə bilməməyinizə fors-major, humanitar səbəblər və ya çox ciddi şəxsi səbəblər olmalıdır və viza bu səbəblər olduğu halda yalnız 90 gündən az qaldığınız zaman uzadıla bilər.

Ölkəni tərk etdiyiniz zaman cərimələr, dərhal deportasiya və ya hesabat vermə riski ilə üzləşə bilərsiniz. Bundan əlavə, gələcək müraciətlərinizin rədd edilmə ehtimalı yüksək olacaqdır.

3 iş günündən 2 aya qədər. Vizaya səyahət başlanğıcından təxminən 2 ay əvvəl müraciət olunmağı məsləhətdir.

Səyahətin başlamağına 180 gün qalmış müraciət etmək olar.

Viza müraciəti üçün pasport son 10 il ərzində alınmış olmalı və gedəcəyiniz ölkəni tərk etməyi planladığınız tarixdən sonra ən azı 6 ay müddətində etibarlı olmalıdır. 3 ay da ola bilər, amma işi şansa buraxmayın.

Bəli, müraciətçi viza əldə etdikdən sonra səyahət fikrindən daşınarsa, gələcəkdə viza müraciəti uğursuz nəticələnə bilər. Buna görə də səyahət fikrindən daşındıqda səfirliyə məlumat vermək məsləhətdir.

Belə bir fikir var ki, İrana getmiş biri ABŞ-a gedə bilməz. Bu tamamilə yanlış fikirdir. ABŞ və İran arasında gediş-gəliş problem deyil.