Ən son yazılar
FAQ
Viza nədir?
Müəyyən bir müddət ərzində və müəyyən səbəb üçün onu tələb edən ölkəyə və ya əraziyə daxil olmağa imkan verən icazə sənədidir. “Viza” sözü latınca “charta visa” terminindən götürülüb, “görülmüş kağız” deməkdir.
Viza dəstəyi nədir?
Müraciətçi ilə konsultasiya etmək, onun profilinə uyğun sənəd siyahısı tərtib etmək, hazırlanaq sənədləri yoxlamaq, ərizə anketin doldurmaq, nəqliyyat bilet(lər)i və hotel(lər) rezervasiya etmək, sığortanın yazılmasında dəstək göstərmək.
Viza verilməzsə, xərclər geri qaytarılır?
Xeyr.
Şengen viza nədir?
Avropanın Şengen zonasına daxil olan 29 ölkəsinə maksimum 90 günə qədər səyahət etməyə imkan verən vizadır. Şengen ölkələrindən hər biri tərəfindən tək girişli, cüt girişli və ya çox girişli olaraq verilir.